“Mossad”ın sabiq rəhbəri ilə bağlı şok iddiabackend

“Mossad”ın sabiq rəhbəri ilə bağlı şok iddia

2016-2021-ci illərdə İsrailin “Mossad” kəşfiyyat xidmətinə rəhbərlik etmiş Yosi Koen Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbərliyinə təzyiq edərək, onları Fələstindəki hərbi cinayətlərin təhqiqatından imtinaya məcbur edib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Nəşrin yazdığına görə, bir neçə il əvvəl Koen əvvəlcə BCM-nin prokuroru xanım Fatou Bensouda ilə münasibət qurmağa çalışsa da, sonradan ünsiyyət tonu dəyişib.

İddiaya görə, Koen şəxsi görüşlərdə prokuroru hədələyərək deyib ki, onun və ya ailəsinin təhlükəsizliyinə xələl gətirə biləcək məsələlərə qarışmamalıdır.

İsrail hakimiyyəti isə bu ittihamları rədd edir. (Musavat.com)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*