Müdafiə Nazirliyində utancverici HALLAR – İrəvanda hərbçilərin hərəkəti ictimaiyyəti ŞOKA SALIBbackend

Müdafiə Nazirliyində utancverici HALLAR – İrəvanda hərbçilərin hərəkəti ictimaiyyəti ŞOKA SALIB

Ermənistan Müdafiə Nazirliyində narazılıq halları pik həddə çatıb.

KONKRET.az xəbər verir ki, nazirliyin Müdafiə Baş İdarəsinin rəisi Edvard Asryan əməkdaşlar üçün qəribə daxili əmr verib. 

Həmin əmrə əsasən, dövlət qulluqçuları və adıçəkilən sistemin hərbi qulluqçuları üçün nəqliyyat problemlərinin həlli məqsədilə 13 xüsusi avtobus ayrılıb. Bu avtobuslar əməkdaşlara səhər və axşam saatlarında xidmət göstərir. Məsələ burasındadır ki, əmrə görə, naməlum səbəblərdən avtobuslar axşam saat 18:00 deyil, 18:30-da Müdafiə Nazirliyinin binasına yaxınlaşır.

Bu yanaşma əməkdaşların qəzəbinə səbəb olub və onlar bildirirlər ki, iş saatları düz 18:00-da başa çatır. Ona görə də onlar əlavə daha yarım saat işdə gözləməli olurlar. İşçilər bu diskomforta görə rəhbərlik qarşısında məsələ qaldırmaq istəyir. Çünki bu günə qədər avtobusların gec gəlməsi ilə bağlı rəhbərlik tərəfindən heç bir izahat verilməyib.

Erməni mediası vurğulayır ki, Müdafiə Nazirliyində belə bir narazılığın analoqu yoxdur. Əslində bu, hərbçilər üçün utancverici bir haldır. Çünki hərbçilər bütün hallarda əmrə tabe olmağa borcludur. Lakin dövlət qulluqçuları hələ də başa düşə bilmirlər ki, nəyə görə həmin binada əlavə yarım saat qalmalıdırlar.

Digər mənbələr isə başqa şey deyir. Belə ki, idarə rəisi daha bir anlaşılmaz daxili sərəncam verib. Həmin sərəncama görə, binanın daxilindəki iki liftdən heç kimin istifadə etmək hüququ yoxdur. Həmin xüsusi liftlərdən ancaq rəhbərlik heyəti istifdə edə bilər. Yazılmamış digər protokola görə, rəis binaya daxil olan vaxt lifti gözləməməli, qapısı həmişə onun üzünə açıq olmalıdır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*