Cənubi Afrikada keçirilən BRİKS sammitində təhlükəsizlik xidməti Çin lideri Si Cinpinin köməkçisini saxlayıb.
KONKRET.az xəbər verir ki, çinli məmur Prezidentin ardınca gələrək, iclas zalında ona yetişməyə çalışıb.
Bu zaman o, mühafizəçilərin şübhəsinə səbəb olub. Onlar dərhal çinli məmuru saxlayaraq iclas zalından uzaqlaşdırıblar.
