“Rusiya bəzi qüvvələrin münaqişələri daha da genişləndirmək, xaos və qarşılıqlı nifrət dalğasına yol açmaq cəhdlərini görür”.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin əsas dini konfessiyaların nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, Avropada müsəlmanların ziyarətgahlarına qarşı vandalizm halları artıb
“Müsəlmanlar yəhudilərə qarşı qoyulur, onları kafirlərlə müharibəyə çağırırlar. Şiələri sünnilərə, pravoslav xristianları katoliklərə qarşı qoyurlar”, – deyə Rusiya lideri bildirib.
Putin əlavə edib ki, bu hərəkətlər dünyada qeyri-sabitliyi artırmaq, mədəniyyətləri, xalqları, dünya dinlərini bir-birindən ayırmaq, sivilizasiyalararası toqquşmalar yaratmaq məqsədi daşıyır.
“Hər şey məşhur “Parçala və qalib gəl” prinsipinə uyğundur. İslamofobiya, antisemitizm və rusofobiya Qərbin çoxqütblü dünyanın formalaşmasına müqavimət vasitəsi hesab edilir”, – deyə Putin bildirib.
Burhan,
KONKRET.az
