Nadir Qafarzadə: “Məhərrəmlikdə toya niyə getməyim? Bu, mənim işimdir!”backend

Nadir Qafarzadə: “Məhərrəmlikdə toya niyə getməyim? Bu, mənim işimdir!”

“Bu iki ayda toy yox, əsasən ad günü mərasimləri olur. Şadlıq məclislərinə gedirəm. Fərqi yoxdiur, toy olsun, ya ad günü… Niyə getməyim ki?!  Bu, mənim işimdir. Bir çox müğənnilər bu ayda şadlıq mərasimlərinə getmədiklərini deyirlər. Vallah, yalan sözdür, dəvət eləsələr, elə qəşəng də gedirlər”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a müğənni Nadir Qafarzadə deyib.

O, Əməkdar artist Aybəniz Haşımovanın avqustun 2-də toyda iştirak etməsiylə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Aybəniz xanımn işi oxumaqdır. Məhərrəm ayında heç kim işləmir? Həkim də, müəllim də, digər peşə sahibləri də öz işinin başındadır. Hamı işə gedir. Aybəniz xanım da hamı kimi işinə gedib. Bu, normal haldır. Məni də dəvət etsələr, gedərəm. Mənim işim budur. Niyə işimdən qalmalıyam?! Mən hər kəsin fikrinə hörmətlə yanaşıram, amma öz işimi də görürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*