Xaçmazda 38 yaşlı şəxs narkotik maddənin təsirindən ağır vəziyyətə düşüb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Musayev Mehman Həsrətqulu oğlu artıq miqdarda narkotik maddə qəbul etdiyi üçün ölümcül vəziyyətdə xəstəxanaya çatdırıb. Mehman Musayevə xəstəxanada ilkin tibbi yardım olunub. Vəziyyəti ağır olaraq qalır.
