NASA kosmosda törədilən ilk cinayət hadisəsini qeydə alıb – FOTObackend

NASA kosmosda törədilən ilk cinayət hadisəsini qeydə alıb - FOTO

Konkret.az xəbər verir ki, amerikalı astronavt Enn Mak Kleyn Beynəlxalq Kosmik Stansiyadan keçmiş həyat yoldaşı, təqaüddə olan ABŞ kəşfiyyatçısı Summer Wardenin birbaşa bank hesabına qanunsuz nəzarət etdiyi məlum olub. Əri kiminsə onun hesabına daim baxdığı üçün banka müraciət edib. Mütəxəssislər giriş etdikləri kompüterlərdən birinin NASA şəbəkəsində olduğunu öyrəniblər.

Warden daha sonra ABŞ Federal Ticarət Komissiyasına şikayət edib. İstintaqa çağrılan Mak Kleyn hələ evlilik vaxtı istifadə edilən şifrə ilə giriş etdiyini etiraf edib. Astronavtın dediyinə görə, o, yalnız keçmiş sevgilisi və oğlunun yaşaması üçün kifayət qədər pul olduğundan əmin olmaq istəyirdi. “The New York Times” xəbər verir ki, o, hesabı izləməyə qoyulan qadağa barədə də məlumatlı olmayıb.

Qeyd edək ki, Enn Mak Kleynin kosmosdan Yerə 2019-cu il iyunun sonunda dönüb.

Natiq Səlim

 

Bir cavab yazın