NATO-nun analoqunun yaradılması TƏKLİF EDİLİRbackend

NATO-nun analoqunun yaradılması TƏKLİF EDİLİR

Amazon paktına daxil olan ölkələr NATO-ya oxşar hərbi-siyasi ittifaq yaratmalıdır.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro deyib.

Bundan əlavə, o, ekoloji cinayətlərə dair xüsusi məhkəmənin yaradılmasını təklif edib.

“Mən hərbi müqavilə təklif edirəm. Biz Amazon NATO-su yaratmalıyıq. Ölkələrimizə yönələnlərə qarşı hərbi əməkdaşlıq müqaviləsi imzalayın”, – Kolumbiya Prezidenti Amazon paktında iştirak edən ölkələrin sammitində deyib.

Onun sözlərinə görə, belə bir təşkilat müdafiə nazirlərinin rəhbərliyi altında silahlı qüvvələrin birgə hərəkətlərini əlaqələndirə bilər.

Q.Petro qeyd edib ki, Amazon paktı ölkələri regionun təbiətinə və yerli əhalinin hüquqlarına zərər vuran ekoloji cinayətlərlə bağlı məhkəmə də yarada bilər.

Xatırladaq ki, Amazon paktı və ya Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatı Amazonun təbii irsinin qorunmasını təmin edir.

Təşkilata Boliviya, Venesuela, Ekvador, Braziliya, Kolumbiya, Qayana, Peru, Surinam daxildir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*