NATO qırıcısı Litva səmasında dronu vurdubackend

NATO qırıcısı Litva səmasında dronu vurdu

Pilotsuz uçuş aparatı Belarus istiqamətindən uçub.

KONKRET.az xəbər verir ki, bu barədə LRT tele-radio şirkəti dövlət Böhran Vəziyyətlərinin İdarə Edilməsi Mərkəzinə istinadən məlumat yayıb.

Dron Kaunas su anbarının yaxınlığında, kənd ərazisinə düşüb.

Hadisədən sonra Litvanın xarici işlər naziri Kyaştutis Budris NATO müttəfiqlərinə təşəkkür edib.

“Bu, NATO-nun ayıq-sayıqlığını qoruduğuna, öz öhdəliklərinə sadiq qaldığına və fəaliyyətə hazır olduğuna dair aydın siqnal göndərir”, – deyə o, X sosial şəbəkəsində yazıb.

Bu arada qonşu Polşa Ukrayna ərazisinə hücum edən “Rusiya reaktiv pilotsuz uçuş aparatlarının fəaliyyəti”nə istinad edərək öz hava məkanında “hava əməliyyatları”na başladığını elan edib.

Varşava vurğulayıb ki, bu tədbirlər “preventiv xarakter” daşıyır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*