NATO Ukraynaya bir milyarddan çox vəsait xərcləyəcəkbackend

NATO Ukraynaya bir milyarddan çox vəsait xərcləyəcək

NATO Ukraynaya dəstək məqsədilə artilleriya sursatlarının istehsalına 1,2 milyard dollar sərmayə qoyur.

KONKRET.az xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq yanvarın 23-də Brüsseldəki mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib.

“Biz indicə yüz minlərlə 155 mm-lik sursat almaq üçün dəyəri 1,2 milyard dollardan artıq məbləğlə ifadə olunan müqavilə imzaladıq”, – deyə baş katib vurğulayıb.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə sursat uğrunda döyüşə çevrilib.

“Müttəfiqlərin Kiyevə dəstəyi davam edir. Düşünürük ki, Ukraynanın təchizatının artırılması vacibdir”, – deyə baş katib bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*