Avropa İttifaqı (Aİ) 19 Rusiya vətəndaşına və Federal Penitensiar Xidmətə qarşı yeni sanksiyalar tətbiq edib. Aİ məhdudiyyətlərin tətbiqinə səbəb kimi insan hüquqlarının pozulmasını göstərib.
Sanksiya siyahısına bir neçə məhkəmə və prokuror daxil edilib. Onların əksəriyyəti fevralın ortalarında Yamaldakı cəzaçəkmə koloniyasında ölən müxalifətçi Aleksey Navalnıya qarşı cinayət işi ilə bağlıdır.
Məhdudiyyətlərə “Memorial” hüquq-müdafiə mərkəzinin həmsədri Oleq Orlovun işində iştirak edən müstəntiq, prokuror və hakim, eləcə də Sankt-Peterburqdan olan rəssam Aleksandra Skoçilenkonun işi ilə bağlı hakim və prokuror daxildir.
“AzPolitika.info”
