Nazir BMT-nin iclasında ermənilərin ekoloji cinayətlərindən DANIŞDIbackend

Nazir BMT-nin iclasında ermənilərin ekoloji cinayətlərindən DANIŞDI

Ənənəvi olaraq hər iki ildən bir keçirilən BMT-nin Ətraf Mühit üzrə Assambleyasının bu dəfəki onlayn sessiyası “Post-pandemiya dövründə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təbiət üzrə fəaliyyətlərin gücləndirilməsi” mövzusuna həsr edilib.

ETSN-dən KONKRET.az-a verilən məlumata görə, tədbirdə BMT-yə üzv dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri iştirak edib.

Assambleyada Azərbaycanı təmsil edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görüş iştirakçılarına Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən dövlət proqramları, icra olunan işlər və pandemiyanın qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən tədbirlər barədə məlumat verib. Eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən ekoloji cinayətlər və görüləcək bərpa işləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*