Böyük Britaniyanın baş naziri Rişi Sunak noyabrın 13-də daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.
KONKRET.az xəbər verir ki, Suella Braverman noyabrın 8-də “The Times” qəzetində hüquq-mühafizə orqanlarını qərəzli mövqe tutmaqda ittiham edib.
Nazirin fikrincə, polis bəzi nümayişlərdə iştirakçıların hərəkətlərinə sərt, bəzilərində isə yumşaq reaksiya verir. Məsələn, hüquq mühafizə orqanları Fələstinə dəstək aksiyasında iştirak edənlərlə müqayisədə İsrail tərəfdarlarına qarşı daha sərt mövqe sərgiləyir.
Sunakın ofisi nazirdən mövqeyində dəyişiklik etməyi xahiş edib. Lakin Braverman buna məhəl qoymaylb.
Suella Bravermanın yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.
Keçmiş baş nazir Devid Kemeron isə xarici işlər naziri təyin edilib.
Burhan,
KONKRET.az