“Hazırda yanğın söndürülüb, demək olar ki, soyutma işləri aparılır”.
KONKRET.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.
Onun sözlərinə görə, 15-20 dəqiqə ərzində məhdudlaşdırma veriləcək:
“Bəzi yerlərdə kiçik alovlar ola bilər, onun da təhlükəsi yoxdur. Əsas yanğının yayılmasının qarşısı alınıb. Hadisə yerinə 22 texnika, 120-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbi barədə hələlik nəsə deyə bilmərik, araşdırma nəticəsində məlum olacaq”.//Qafqazinfo
