Nazirə 22 milyon dollar rüşvət verən iş adamı HƏBS OLUNDU – FOTObackend

Nazirə 22 milyon dollar rüşvət verən iş adamı HƏBS OLUNDU - FOTO

Ermənistan Milli Təhlükəsizlik Xidməti eks-nazirə 22,4 milyon dollar rüşvət vermiş biznesmen, “Multi Qrup” konserninin direktoru Sedrak Arustamyanı həbs edib.

Ermənistan KİV-lərinin yazdığına görə, onun barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Müəyyən olunub ki, Arustamyan 2011-ci ildə biznesinə maneələrin olmaması, vergi ödəməmək və himayədarlıq üçün o zamankı maliyəy naziri Qaqik Xaçatryana 22,4 milyon dollar ödəyib.

Pullar nazirin oğullarına məxsus olan xarici şirkətlərin hesabına yerləşdirilib. Korrupsiya faktının izini itirmək üçün 2 saxta kredit müqaviləsi də imzalanmışdı.

Hazırda həm eks-nazir, həm də iş adamı həbsdədir./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*