backend

Nazirlər Kabinetindən 190 manatla bağlı qərar - RƏSMİ

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.

KONKRET.az xəbər verir ki, qərarda qeyd olunur: “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.

  • Sirinxanim
    Dekabr 24, 2020 - 03:08

    Men saatlida qeydiyatdayam 190 manat alacam

  • Dagisran
    Dekabr 24, 2020 - 11:09

    Salam biz de ala bilmedik ayliq geliri olan devlrtden aldi bizim kimi ne qeder insanlar ala bilmedi

  • Elvin
    Dekabr 24, 2020 - 14:36

    Salam men Yardımlı rayon qeydiyatindayam Bakıda yaşiyram menim haqimi yenemi yeyeceksiz

  • Səmədova Nərgiz
    Dekabr 24, 2020 - 16:14

    Mene 190m niye verilmir 2dene bosanmis evladim var hec yerde islemirik veziyetimiz cox pisdi xahis edirem nola yardm edin

  • Günay
    Dekabr 24, 2020 - 17:27

    Salam məndə 2uwagim var azteminatli sayilmirsiz yazlib necə olur az təminatlı

Səmədova Nərgiz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*