Qarabağ məsələsində Paşinyanı Ermənistan Respublikası əhalisinin cəmi 9%-i dəstəkləyir.
KONKRET.az xəbər verir ki, bunu keçirilən yeni ictimai rəy sorğusunun nəticələri sübut edir.
Eyni zamanda, Ermənistan əhalisinin təxminən 82%-i Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının əleyhinədir.
Qeyd edək ki, sorğunu GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan ofisi aparıb. Nəticələri mətbuat konfransında direktor Aram Navasardyan təqdim edib.
Sorğu mayın 27-31-də telefon vasitəsilə aparılıb və 1100 vətəndaş iştirak edib.
Günel Mikayılova,
KONKRET.az