Neftçala sakini həmkəndlisini öldürdübackend

Neftçala sakini həmkəndlisini öldürdü

Neftçala rayonunda qətl törədilib.

Rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, avqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*