“Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdibackend

“Neftçi” səfərdə “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.

KONKRET.az xəbər verir ki, XXVIII turun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəliblər. Qəbələ şəhər stadionunda oynanılan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Kilan Lebon vurub.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. “Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*