Netanyahu “darmadağın edəcəyik” dedi – Bakı Türkiyəyə görə hərəkətə keçə bilərbackend

Netanyahu “darmadağın edəcəyik” dedi – Bakı Türkiyəyə görə hərəkətə keçə bilər

İsrailin Baş naziri Benyamin Netenyahu Suriyanın Qolan yüksəkliklərində yerləşən Hermon dağına səfəri zamanı İranı darmadağın edəcəklərini açıqlayıb. O, növbəti dəfə bildirib ki, Tehranda hakimiyyət dəyişikliyi edəcəklər. İranın hakimiyyət dəyişikliyi sıradan proses sayılmır. 50 ilə yaxın formalaşmış sistemin dağılmasından, yerində yenisinin yaradılmasından söhbət gedir. Bu proses sadəcə siyasi deyil və artıq icrasına başlanılıb.

Son 6 aylıq proseslərin təhlili göstərir ki, ABŞ və İsrail İranı işğal etmək istəmir. İraqda olduğu kimi, hakimiyyəti dəyişməklə orda nəzarəti ələ almağa çalışır. İlk olaraq göz önünə şiəlik faktoru gəlir.

İranda hakimiyyət dəyişikliyi, sistem yenilənməsi baş verərsə, şiə mərkəzləri, dini qruplar hara sığınacaq? Onlar ətraf ölkələrdəki, o cümlədən Azərbaycandakı gizli-aşkar mərkəzlərə, agentlərə hansı təlimatı verəcəklər? Bir sözlə, Azərbaycan bu prosesdən ziyan görəcək, yoxsa daha uyğun perspektivlər çıxacaq qarşısına?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Benyanim Netanyahu parlament seçkisinə hazırlaşır:

“Buna görə, onun son açıqlamaları məhz parlament seçkilərinə köklənib. Netanyahu seçkidə İsraildəki bütün mühafizəkarların səsini qazanmaq və bu yolla hakimiyyətini uzatmaq. Baş nazir bu məqsədlə ritorikasını sərtləşdirib. Birincisi, Benyamin Netanyahu Qəzza məsələsində güzəştə getməyəcəyini bildirib, hətta Vaşinqtonun planının mübahisəli olduğuna işarə edib. İkincisi, Netanyahu Türkiyə əleyhinə açıqlamaların sayını artırıb. Üçüncüsü, İsrailin baş naziri İranda rejim dəyişikliyi mövzusunu yenidən aktuallaşdırıb. Netanyahu qələbə qazanarsa, bu ritorikasından imtina etməyəcək.

Qəzza problemi həll olunmadan Yaxın Şərqdə sabitlik bərqərar olmayacaq. Bölgədə sabitlik birinci növbədə İsrailin özünə lazımdır ki, təhlükəsizliyini təmin edə bilsin. Bunun üçün isə gec və ya tez Fələstinin müstəqilliyini tanımaq zəruridir. Ancaq nə qədər ki, Benyamin Netanyahu və mühafizəkarlar hakimiyyətdədirlər, İsrailin Fələstinin müstəqilliyini tanıması mümkün deyil. Netanyahu və onun hökumət üzvlərinin onsuz da münasibətləri qəliz olan Türkiyə əleyhinə açıqlamaları bölgədə vəziyyəti daha da gərginləşdirib.

Türkiyə Avrasiya bölgəsinin aparıcı dövlətlərindən biridir. Netanyahu Türkiyə ilə münasibətlərdə qırmızı xətti keçərsə, adekvat cavabını alacaq. Bu halda Azərbaycan strateji müttəfiqinin yanında olacaq. Netanyahunun İranla bağlı söylədikəri də özünü doğrultmayıb. İsrail ABŞ-la birgə İrana qarşı müharibədə iştirak etdi. Başlıca məqsəd İranda rejimin çöküşünü sürətləndirmək idi. Bu baş vermədi, əksinə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) fürsətdən istifadə edərək İranın bütün strukturlarına nəzarəti gücləndirdi. Bunun İran xalqına daha böyük zərəri oldu. İranda rejim içəridən dəyişməlidir. Xarici müdaxilə nəticəsində rejim dəyişikliyinin İraq nümunəsi faciəli oldu. Azərbaycan qonşuluğunda oxşar faciənin yaşanmasını istəmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*