Üç ölkənin – Fransa, İordaniya və Misirin dövlət başçıları İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərini işğal etməsinə mane olmağa çalışır.
KONKRET.az xəbər verir ki, liderlər Fransa prezidenti Emmanuel Makron, Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullahın birgə bəyanatında belə bir addımın yeni münaqişəyə səbəb olacağını bildiriblər.
“Biz 1,5 milyondan çox fələstinli mülki vətəndaşın evlərini tərk etmək məcburiyyətində qaldığı Rəfahda İsrailin işğalının ağır nəticələri barədə xəbərdarlıq edirik. Bu əməliyyat yalnız daha çox ölüm və iztirablara səbəb olacaq”, – deyə ümumi bəyanatda bildirilir. Bu barədə Misirin “Al Youm As-Sabia” saytı məlumat yayıb.
Dövlət başçıları BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin yerinə yetirilməsi və Qəzza zolağında daimi atəşkəsin təmin edilməsi üçün İsrail hakimiyyətinə müraciət ediblər.
Bu bəyanatı İsrailin baş naziri Benyamin Netanyahunun Rəfahda mümkün hərbi əməliyyatla bağlı sözlərindən sonra verib. Netanyahu hərbi əməliyyatların başlaması üçün tarixin təyin olunduğunu desə də, dəqiq vaxtını açıqlamayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
