Nigeriyada 4 katolik rahibə qaçırıldıbackend

Nigeriyada 4 katolik rahibə qaçırıldı

Nigeriyanın İmo əyalətində silahlı şəxslər tərəfindən 4 rahibə qaçırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İsa Katolik Kilsəsinin rahibələrin baş katibi Zita İhedoro məlumat yayıb.

Bildirilib ki, Rivers əyalətinə gedən rahibələr geri qayıdarkən naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.

Hücum zamanı 4 katolik rahibənin qaçırıldığını qeyd edən İhedoro, “Onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılmaları üçün dua diləyirik”, – deyib.

Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində belə adam oğurluğu halları çox yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*