“Nikol Paşinyan yanılır, itkin düşənlər artıq axtarılmır”.
KONKRET.az xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri Taquhi Tovmasyana məxsusdur.
Ermənistanın Baş naziri Nikol Paşinyan dünənki mətbuat konfransında bunları deyib:
“2022-ci il sentyabrın 13-də baş vermiş sonuncu döyüş və 2020-ci ildə 44 günlük müharibə nəticəsində itkin düşmüş hesab edilən şəxslərin yerinin müəyyən edilməsi üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Vaxtaşırı bu məsələni gündəmə gətirən Taquhi Tovmasyan isə Paşinyanın yalan danışdığını deyib.
“Təəssüf ki, ölkənin Baş nazirinin bu barədə dəqiq məlumatı yoxdur və ya o, hər bir məsələ ilə şəxsən məşğul olmasını imitasiya edir.
Faktiki olaraq 44 günlük müharibə nəticəsində itkin düşmüş hesab edilən 200-ə yaxın şəxsin axtarışları 2022-ci ilin yanvar ayından dayandırılıb.
Mən Beynəlxalq Qızıl Xaç Komitəsindən olan həmkarlarımla dəfələrlə bu məsələni müzakirə etmişəm. Həmçinin insan hüquqları məsələləri ilə məşğul olan müxtəlif beynəlxalq strukturlara və mərkəzlərə onlarla müraciət göndərmişəm. Bu günə qədər heç bir müsbət irəliləyiş yoxdur.
Yaxşı olardı ki, mətbuat konfransına hazırlaşmazdan əvvəl ölkənin birinci şəxsi müvafiq məlumatlarla tanış olsun. Bu cür yanaşmaq olmaz”, – deputat deyib.
Xuraman Etibarlı,
KONKRET.az
