Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan etdibackend

Norveç rusiyalı turistlərin ölkəyə girişini qadağan etdi

Norveç hakimiyyəti Rusiya vətəndaşlarının ölkəyə girişinə əlavə məhdudiyyətlər tətbiq edib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, mayın 29-dan etibarən Skandinaviya ölkəsinə turizm və ya “vacib olmayan” məqsədlərlə gələn rusların girişinə icazə verilməyəcək.

Yalnız yaxın qohumlarını ziyarət etmək, Norveçdə və ya Şengen bölgəsində işləmək və təhsil almaq üçün səyahət edən Rusiya vətəndaşları üçün istisna edilə bilər.

Məhdudiyyətlər həm Norveç tərəfindən 2022-ci ilin yazından əvvəl verilmiş vizalara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş vizalara şamil edilir. Norveç hökuməti yeni məhdudiyyətlərin tətbiqini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına reaksiya vermək üçün müttəfiqlərə dəstək vermək zərurəti ilə izah edib.

Qeyd edək ki, Finlandiya, Estoniya, Latviya, Litva, Polşa və Çexiya da rusların turizm məqsədi ilə xarici sərhəddən keçməsinə qadağa qoyub.

Avropa İttifaqı isə 2022-ci ilin sentyabrında Rusiya ilə viza rejiminin sadələşdirilməsinə dair razılaşmanı dayandıraraq ruslara vizaların verilməsini sərtləşdirməyə qərar verib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*