“O, hakimiyyətə “sərxoş” gəlib” – Paşinyanın bu görüntüsü ermənilərdə İKRAH DOĞURDU – FOTOLARbackend

"O, hakimiyyətə "sərxoş" gəlib" - Paşinyanın bu görüntüsü ermənilərdə İKRAH DOĞURDU - FOTOLAR

Paşinyan hakimiyyətə “sərxoş” gəlib.

KONKRET.az xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan yazıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın son fotoları erməni seqmentində ikrah hissi doğurub. Onlar fotolara müxtəlif şərhlər yazıblar.

Hasmik Babacanyan buna öz münasibətini belə bildirib:

“Ölkə başçısı olmaq adi şey deyil. Lider ətdən-qandan yaradılmış, emosional dünyası olan bir insandır. Həyəcanını və qorxusunu cilovlamağı bacarmalıdır. O, adi bir insan olduğunu unudub, saat kimi işləməlidir. Xalqın gözü ilə özünə böyüdücü şüşədən baxmalı və ən kiçik səhvi belə hiss etməlidir.

Üç keçmiş prezidentimiz haqqında deyim ki, onlar bir mexanizm kimi işləyirdilər. Onların emosional vəziyyəti, hissləri, qorxuları haqqında heç nə öyrənməmişik. Onlar lider olmadan əvvəl bütün digər insanlar kimi idilər. Həyəcanlanır, kədərlənir, sevinir, onlara verilən azadlıqdan yararlanırdılar.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyirdi ki, “mən artıq azad adam deyiləm, prezident olmaq ağır vəzifədir”. Levon Ter-Petrosyanda da eyni psixi balansda idi.

Təəssüflər olsun ki, Nikol Paşinyan təkcə özünün deyil, həyat yoldaşının, ailə üzvlərinin həyatını o qədər ictimailəşdirib ki, onlardan hansının baş nazir olduğunu bilmirsən.

Paşinyan o qədər həyəcanlı, tələsik hakimiyyətə gəldi ki, sanki bir xəzinə tapmışdı. O, ilk gündən “hakimiyyətdən sərxoş” olub. Elə sərxoş olub ki, hakimiyyətin tualetini belə “göstərir”. O, söz verəndə də sərxoş adama bənzəyirdi və ertəsi gün nə dediyini xatırlamırdı. Onun duyğularını, qorxularını və bütün digər aşağı hisslərini camaat görür. Və bu pis deyil, amma dözülməzdir. Nikol qorxuları ilə özünü cəmiyyətdən təcrid edib. Və xəzinəni küçədə tapdığı üçün onu əzizləyə bilmir, çox tez israf edir”.

Qeyd edək ki, Paşinyan və Anna Akopyan qışın son günlərini Gümrüdə keçirirlər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*