Rusiya ilə Ukrayna arasında daha əhatəli atəşkəsə nail olmaq istəyirəm.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“O, (birinci xanım Melaniya Tramp – red.) Ukrayna ilə Rusiya arasındakı münasibətlərdə çox yaxşı iş görüb, bir çox əla insanlarla işləyib. İndi isə daha geniş miqyasda hərəkət edirik. İnsanlar şəhər və qəsəbələrdən təxliyə edilib və bu, yəqin ki, onların həyatını xilas edib. Bu, möhtəşəm bir şey idi, atəşkəs idi. İndi də eyni şeyi edəcəyik, amma daha geniş miqyasda…”, – Tramp əlavə edib.
