Obama haqqındakı iddialara belə cavab verdi – FOTObackend

Obama haqqındakı iddialara belə cavab verdi - FOTO

ABŞ-nin sabiq prezidenti Barak Obama məşhur aktrisa Cennifer Enistonla eşq yaşaması iddialarına foto ilə cavab verib.

KONKRET.az xəbər verir ki, Obama dünən-Sevgililər Günündə həyat yoldaşı ilə birgə fotosunu paylaşıb.

“Otuz iki ildir birlikdəyik və hələ də nəfəsimi kəsirsən. Sevgililər Gününüz mübarək”, – fotoya başlıq yazıb.

Qeyd edək ki, bir müddət öncə Barak Obama ilə məşhur aktrisa Cennifer Eniston arasında qeyri-qanuni eşq yaşandığı iddia olunurdu.

İddialardan sonra Eniston bu söhbətləri rədd etmişdi. Məşhur aktrisa “Bu, qətiyyən doğru deyil. Mən onunla cəmi bir dəfə görüşdüm. Mişeli ondan daha çox tanıyıram”, – deyib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*