Almaniyada işləmək istəyənlərin diqqətinə: 4200 avroyadək maaşbackend

Almaniyada işləmək istəyənlərin diqqətinə: 4200 avroyadək maaş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Xaricdə iş” layihəsi çərçivəsində Almaniyada müxtəlif peşələr üzrə işə qəbul üçün müraciətlərə başlanıb.

KONKRET.az xəbər verir ki, vakansiyalar qaynaqçı-çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələrini əhatə edir.

Bu istiqamətlər üzrə ümumilikdə 260 nəfərin işə qəbulu nəzərdə tutulur.

Vakansiyalar üzrə əsas tələblər aşağıdakılardır:

– Qaynaqçı-çilingər: müvafiq sahə üzrə minimum 2 illik peşə təhsili, son 5 il ərzində azı 2 il iş təcrübəsi, müvafiq qaynaq texnologiyaları üzrə bacarıq və sertifikat;

– Aşpaz: bu sahə üzrə minimum 2 illik peşə təhsili, yeməklərin hazırlanması və qida təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlar;

– Yük avtomobili sürücüsü: qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, ağır yük maşını idarə etmək üçün müəyyənləşdirilmiş tibbi tələblərə uyğunluq.

Namizədlərdən hər üç vakansiya üzrə minimum A2 səviyyəsində alman dili biliyi tələb edilir. B1 səviyyəsi arzuolunandır.

Əməkhaqqı vakansiya və iş təcrübəsindən asılı olaraq, maaş 2200-4200 avro arasında dəyişir.

Almaniyada işləmək, beynəlxalq əmək bazarında təcrübə qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədlər vakansiyalar üzrə müraciətə dəvət olunurlar. Müraciətlər onlayn qaydada qəbul edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*