Ölkəyə girişi qadağan edilən Kandelaki qazaxlara yalvarır – XİN rəsmisini Rusiyaya dəvət etdibackend

Ölkəyə girişi qadağan edilən Kandelaki qazaxlara yalvarır – XİN rəsmisini Rusiyaya dəvət etdi

Qazaxıstanın Xarici İşlər Nazirliyi tanınmış rusiyalı teleaprıcı Tina Kandelakinin bu ölkəyə buraxılmayacağını bildirib. Tina Kandelakinin cavabı isə gecikməyib.

KONKRET.az xəbər verir ki, o, Rusiyada görkəmli qazax elm, mədəniyyət, incəsənət xadimlərinin, eləcə də qazax döyüşçü qəhrəmanlarının xatirəsinə hörmət və ehtiram ifadə edən məktubla Qazaxıstan XİN-nin rəsmi nümayəndəsi Aybek Smadiyarovaya müraciət edib.

Teleaparıcı məktub vasitəsilə qazax diplomatını Rusiyaya səfərə dəvət edib.

O, əvvəlcə Moskvada, Çistoprudnı bulvarında Abay Kunanbayevin abidəsi ilə bağlı fikirlərini qeyd edib: “Siz də bütün qazaxlar kimi onu sadəcə Abay kimi tanıyırsınız. Bizə isə “Rus dili və mədəniyyəti dünya xəzinələrinin açarıdır” deyən şəxs kimi sevirik onu”.

Kandelaki xatırladıb ki, Moskva vilayətində Zelenoqradın konsepsiyasını başqa bir məşhur qazax memar Totan Kuzembaev hazırlayıb.

“Rusiyada o, taxta memarlığın atalarından biri hesab olunur. Onun əsərləri “Nikola-Lenivets”dədir, dizayn etdiyi evlər müxtəlif ölkələrə səpələnmişdir. Bu, rus mədəniyyətinə bələd olan istedadın sübutu deyilmi? Bəli, bu yay Şusev Memarlıq Muzeyində ona sərgi həsr olunmuşdu. Modadan danışarkən, Moskvada ən populyar sənətkarlar arasında qazaxların da adını çəkirik: Azamat Musagaliev və Nurlan Saburov”.

Onun fikrincə, xalqın gücü təkcə mədəniyyətdə deyil, ruhunda, müqəddəs adət-ənənələrinin üzərində dayanır:

“Rusiya sərhədlərindən Krım sahillərinə qədər qazax kökləri ilə birləşən general və zabitlərə, sadə hərbçilərə abidələr, monumentlər qoyulub. Onların yanında ruslar, tatarlar, başqırdlar, mordoviyalılar, belaruslar, ukraynalılar və bir çox başqa xalqların nümayəndələri var”.

O, Smadiyarovu Sankt-Peterburqdakı Serafimovskoye qəbiristanlığındakı Qəhrəmanlar Xiyabanına aparacağını, ona Əfqanıstanda və Çeçenistandakı xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı və Rusiya Qəhrəmanı titullarını almış yeganə hərbçi Kayirgeldi Maydanovun məzarını göstərəcəyini vəd edib.

“Rusiyanın hər tərəfinə səpələnmiş ondan çox abidə və postament ona həsr olunub. Bəli, o, qazaxdır”, – deyə Kandelaki qeyd edib.

O xatırladıb ki, ən yaxşıları xatırlamaq, kökündə dayaq axtarmaq müdrik insanın işidir.

“Rusiya və Qazaxıstanın bütün sərhədləri boyunca müqəddəs yerləri var: Kurmanqazı Saqırbayevin məqbərəsi və muzey kompleksi, Bukey Xan və Seyid Babanın memorial kompleksi və bir çox başqaları. Onlar saxlanılır, zəvvarlar ora üz tutur. Bu, Rusiyanın gücüdür. Mədəniyyətlərin müxtəlifliyi və bu müxətlifliyin qavranılması rus xalqının böyüklüyüdür.

“Təklif edirəm ki, bizim hələ də virtual olan münasibətlərimiz bir-birinə yaxın olan iki xalqın tarixinə, mədəniyyətinə, ziyarətgahlarına qarşılıqlı hörmət və məhəbbət əsasında qurulsun. Mən sizi qeyri-virtual qonaq kimi gözləyirəm”, – deyə teleaparıcı fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Tina Kandelaki qazax qəsəbələrinin, küçələrinin və digər obyektlərinin adlarının dəyişdirilməsinin əleyhinə çıxış etmişdi. Qazaxıstan rəsmisinin sərt reaksiyasından sonra Kandelaki məktub yazmaqla sanki günahını yumaq və yalvarmaqla bunu ört-basdər etmək istəyir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*