Braziliyadan idxal edilən və Türkiyədə “ucuz ət” olaraq satılan mal-qaraları keçən il gətirən NADA gəmisi yenidən Türkiyəyə gəlib. Heyvan hüquqları müdafiəçiləri tərəfindən çəkilən foto və videolar vasitəsilə mal-qaranın çirkli bir mühitdə, işgəncə altında və son dərəcə sağlam olmayan şəraitdə daşındığı bildirilir. Konkret.az Türkiyə mediasına istinadla xəbər verir ki, həmin gəmi bu dəfə İskəndərun limanında yerləşib. Avqustun 2-də Braziliyadan yola çıxan gəmi 20 gündən sonra Türkiyə sahillərində görünüb. Ona görə də gəmi mediada “ölüm gəmisi” adlandırılıb. Yük boşaldıqdan sonra Panama bayrağı altında üzən gəmi Şimali Kipr Türk Cümhuriyyətinin dəniz yoluna çıxıb.