2025-ci ilin qışında Yekaterinburqdan olan çağırışçı Vladimir Sokolov tanışına 675 min rubl verib ki, ona xəstəlik səbəbilə xidmətdən möhlət haqqında saxta tibbi sənədlər hazırlasın.
KONKRET.az xəbər verir ki, tanışı bu puldan 505 min rublunu özündə saxlayıb, qalan 130 min rubla isə başqa bir vasitəçini işə cəlb edib. Sokolova heç bir tibbi əsas olmadan əməliyyat ediblər, tikişlər qoyublar və saxta sənədlər tərtib ediblər.
Bu sənədlər sonradan hərbi komissarlığa təqdim ediləcəkdi, lakin nədənsə plan üzrə getməyib.
Nəticədə Sokolov tutulub və 7 il ciddi rejimli koloniyaya məhkum edilib. Koloniyadakı cəzadan başqa, məhkəmə onu 1 350 000 rubl məbləğində cərimələyib, həmçinin telefonu və rüşvət məbləğini müsadirə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
