Örtülü salonda Kamandan Oxatma üzrə Azərbaycan Birinciliyi və Çempionatı keçiriləcəkbackend

Örtülü salonda Kamandan Oxatma üzrə Azərbaycan Birinciliyi və Çempionatı keçiriləcək

5-7 fevral tarixində Bakıda Kamandan Oxatma üzrə Azərbaycan Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.

KONKRET.az xəbər verir ki, turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 final mərhələsindən finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Qeyd edək ki, azarkeşlər çempionatı 6 fevral saat 10:00-dan etibarən Bakı İdman Sarayında izləyə biləcək (Dənizkənarı Milli Park, Neftçilər prospekti, 26a, giriş sərbəstdir).

Bu çempionat ölkənin ən sərrast oxçularını müəyyən etməklə yanaşı, qədim ənənələri ilə diqqət çəkən oxatma sənətinin inkişafına ciddi təkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*