Bakıda yeniyetmə oğlan itkin düşüb.
KONKRET.az Pravda-ya istinadla xəbər verir ki, hadisə yanvarın 11-də paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsində qeydə alınıb.
2009-cu il təvəllüdlü Rəhmətulin Nihat Sənan oğlu yaşadığı evdən “Playstation klub” oyun zalına gedib və bir daha geri qayıtmayıb.
Bu barədə yeniyetmənin anası Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
