Pakistanda leysan yağışları nəticəsində 903 nəfər ÖLDUbackend

Pakistanda leysan yağışları nəticəsində 903 nəfər ÖLDU

İyunun 14-dən bu günədək Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 903 nəfərə çatıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin iqlim dəyişikliyi naziri Şeri Rəhman tviter səhifəsində yazıb.

Bildirilib ki, ölənlər arasında 326 uşaq və 191 qadın var.

Nazir qeyd edib ki, təbii fəlakət səbəbindən minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Pakistanın Baş naziri Şahbaz Şərif vətəndaşları leysan yağışların səbəb olduğu daşqınlardan zərər çəkmiş sakinlərə dəstək verməyə çağırıb.

Baş nazirin sözlərinə görə, hökumətin yardım və reabilitasiya səyləri üçün yüz milyardlarla rupiyə ehtiyacı var.

İyun-sentyabr aylarında Cənubi Asiyada mövcud olan musson yağışlar hər il təbii fəlakətlərə çevrilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*