Pakistanlı nazir əhaliyə səsləndi: “Çayı az için, xaricdən baha qiymətə alırıq” – VİDEObackend

Pakistanlı nazir əhaliyə səsləndi: “Çayı az için, xaricdən baha qiymətə alırıq” – VİDEO

Pakistanın Planlaşdırma və İnkişaf naziri Ahsan İqbal ölkə vətəndaşlarına səslənərək onları daha az çay içməyə çağırıb. O, bunu çay məhsulunun idxalının baha olması ilə əlaqələndirib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı “Sky News” nəşri yayıb.

“Mən əhalini çay istehlakını bir və ya iki stəkan azaltmağa çağırıram, çünki çayı kreditlə idxal edirik” deyə o, qeyd edib.

Mənbə yazır ki, hazırda Pakistan dünyanın ən böyük çay idxalçısıdır. Hökumətin fikrincə, alışların həcmi o qədər böyükdür ki, ölkənin valyuta ehtiyatlarını tükəndirir.

Eyni zamanda sosial şəbəkələrdə bir çox pakistanlı nazirin açıqlamasını lağa qoyaraq gündə içilən çayın miqdarını azaltmaqla milli iqtisadiyyatı çətin ki xilas edə biləcəyinə işarə vurublar.

Bizim.media

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*