Papa buna görə ölüb – Vatikan səbəbi və Fransiskin vəsiyyətini AÇIQLADIbackend

Papa buna görə ölüb - Vatikan səbəbi və Fransiskin vəsiyyətini AÇIQLADI

Vatikan Papa Fransiskin ölüm səbəbini və vəsiyyətini rəsmən açıqlayıb.

KONKRET.az Vatikan Dövlətinin Sağlamlıq və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arcangelinin imzaladığı ölüm hesabatında qeyd olunur ki, Papa Fransisk aprelin 21-də səhər saat 07:35-də Vatikanın Santa Marta Qonaqxanasındakı mənzilində dünyasını dəyişib.

Ölüm səbəbi kimi insult, koma və geri dönməz ürək çatışmazlığı göstərilib. Sənəddə vurğulanıb ki, Roma Papasının bundan əvvəlki səhhətindəki problemlər – kəskin tənəffüs çatışmazlığı, polimikroblu ikitərəfli pnevmoniya, yüksək qan təzyiqi və diabet onun ümumi vəziyyətinə ciddi təsir edib.

Vatikanın yaydığı başqa bir açıqlamada isə Papa Fransiskin vəsiyyətinin detallarına yer verilib. Sənəddə qeyd olunub ki, Papa Romadakı Böyük Müqəddəs Məryəm Bazilikasında dəfn olunmasını istəyib. O, vəsiyyətində hər bir xarici səfərindən əvvəl və sonra həmin bazilikaya gedərək tək dua etdiyini də vurğulayıb. Fransiskin istəyinə əsasən, məzarı sadə olacaq və üzərində yalnız “Fransisk” yazısı əks ediləcək.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*