Paris-2024: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili yarımfinala yüksəldi – YENİLƏNDİbackend

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili yarımfinala yüksəldi - YENİLƏNDİ

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

KONKRET.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

KONKRET.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*