Ermənistanın Baş naziri Nikol Paşinyanın Güclü Ermənistan Partiyasının lideri, rusiyalı oliqarx Samvel Karapetyana qarşı məhkəmə iddiası icraata qəbul edilib.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Dataleks” məhkəmə portalı məlumat yayıb.
Məlumata görə, Paşinyan Karapetyandan ictimaiyyət qarşısında təkzib tələb edir və böhtan nəticəsində dəyən qeyri-maddi ziyana görə 6 milyon dram təzminat tələb edir.
Qeyd edək ki, Karapetyan çıxışında “Baş nazir Nikol Paşinyan Çindən halüsinasiya yaradan göbələklər gətirib və hər dəfə çıxışından əvvəl onlardan istifadə edir” deyə bildirmişdi.
