ABŞ İranın münaqişənin nizamlanması ilə bağlı 14 maddəlik planını tamamilə rədd edib.
KONKRET.az xəbər verir ki, Bu barədə Tehran Times qəzeti məlumat yayıb.
Məlumata görə, Tehran Vaşinqtondan yazılı şəkildə təqdim etdiyi nizamlanma təklifinə cavab alıb. ABŞ tərəfinin İranın bütün təkliflərini rədd etdiyi və xüsusilə İranın nüvə proqramı məsələsində təzyiq siyasətini davam etdirdiyi bildirilir.
Qəzet xatırladır ki, əgər Vaşinqton İranın təkliflərini qəbul etsəydi, Tehran danışıqların ikinci mərhələsinə başlamağa hazır idi. Bu mərhələyə nüvə dosyesi də daxil olmaqla bir sıra məsələlər aid edilirdi.
10 may tarixində İranın Pakistan vasitəsilə Fars körfəzi regionundakı münaqişənin nizamlanması ilə bağlı ABŞ təkliflərinə cavab verdiyi qeyd olunur. ABŞ-nin The Wall Street Journal qəzetinin mənbələrinə istinadən yayılan məlumatda Tehran tərəfinin Vaşinqtonun tələb etdiyi kimi nüvə obyektlərinin tamamilə ləğvinə qarşı çıxdığı bildirilir. İranın isə uranın zənginləşdirilməsinin dayandırılmasına müəyyən müddətlik razı ola biləcəyi, lakin ABŞ-ın tələb etdiyi 20 illik fasiləni qəbul etmədiyi qeyd edilir.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Tehran cavabını “qəbuledilməz” adlandırmışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
