DİQQƏT: Azərbaycanda “uşaq pulu” bu qaydada verilə bilərbackend

DİQQƏT: Azərbaycanda "uşaq pulu" bu qaydada verilə bilər

Azərbaycanda uzun illərdir müzakirə olunan “uşaq pulu” məsələsi yenidən gündəmə gəlib. Artan sosial tələblər, insanların maliyyə yükü və uşaqlı ailələrin dövlət tərəfindən daha effektiv dəstəklənməsi zərurəti bu mövzunu aktuallaşdıran əsas amillərdən biri hesab olunur. Mütəxəssislər hesab edirlər ki, mövcud sosial yardım mexanizmlərinin bir hissəsinin dəyişdirilərək hər uşağa görə ayrıca aylıq ödəniş sisteminin tətbiqi gələcəkdə mümkün variantlardan biri ola bilər.

Bəs Azərbaycanda sosial müavinətlərin bir hissəsinin əvəzində ailələrə hər uşaq üçün ayrıca “uşaq pulu” verilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, “uşaq pulu” mexanizminin tətbiqi üçün ya Milli Məclisin, ya da Nazirlər Kabinetinin qərarı tələb olunur. Onun sözlərinə görə, bu təşəbbüsün qanunvericilik qaydasında parlament tərəfindən irəli sürülməsi daha məqsədəuyğun olardı:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Bu məsələ Azərbaycan cəmiyyətində uzun müddətdir müzakirə olunur. Yaxşı olardı ki, parlament bunu qanunvericilik təşəbbüsü kimi həyata keçirsin. Belə bir ehtimal var. Amma düşünmürəm ki, bu il bunun reallaşmasını gözləmək olar. Çünki dövlət büdcəsi ilə bağlı müəyyən problemlərin olduğunu rəsmilər də açıqlayırlar”.

İqtisadçı qeyd edib ki, gələcəkdə sosial təminat sistemində dəyişikliklərin edilməsi və ailələrin daha effektiv dəstəklənməsi üçün yeni formulun hazırlanmasına ehtiyac yaranacaq.

Ekspertin fikrincə, “uşaq pulu” mexanizmi tətbiq edilərsə, bu, xüsusilə azgəlirli ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və maliyyə yükünün müəyyən qədər azalmasına təsir göstərəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*