Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurdu  – YENİLƏNDİbackend

Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarışı medalsız başa vurdu - YENİLƏNDİ

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi – Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

KONKRET.az xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində albaniya təmsilçisi Çermen Valiyevlə üz-üzə gəlib.

Görüşdə idmançımız rəqibinə 3:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*