Bu gün Paris və ətrafındakı bir sıra yəhudi məktəbləri bomba təhdidləri səbəbindən boşaldılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Parisdəki yəhudi icmasının mənbəsi bildirib.
“Bir çox yəhudi məktəbləri üçün bomba hədələri var. Buna görə də məktəblərin bəziləri boşaldılıb. Valideynlərdən övladlarını evə aparmağı tələb ediblər”, – deyə mənbə bildrib.
Onun sözlərinə görə, Parisdə 20 müxtəlif yəhudi məktəbinə anonim bomba hədələri gəlib.
Burhan,
KONKRET.az
