Paşinyan anons etdi: “Regional infrastrukturun blokdan çıxarılması…”backend

Paşinyan anons etdi: "Regional infrastrukturun blokdan çıxarılması..."

“Ermənistan və Gürcüstan bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı hörmət edir”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Ötən il ölkələrimiz arasında strateji tərəfdaşlığın yaradılması Ermənistan və Gürcüstan arasında dövlətlərarası münasibətləri gücləndirdi. Əminəm ki, hökumətlərimizin birgə səyləri ilə biz qarşılıqlı faydalı və çoxsahəli əməkdaşlığı dərinləşdirməyə davam edəcəyik. Ermənistan bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət çərçivəsində regional iqtisadi infrastrukturun blokdan çıxarılmasında maraqlıdır. Bu kontekstdə “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıram”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*