Paşinyan Arayik Arutyunyanı Qurgen Nersisyanla əvəzləmək istəyir.
KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Bir gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan “prezident” postunun boş qalacağı təqdirdə “konstitusiya”ya dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış edib. Dəyişikliyə əsasən, fors-major və ya hərbi vəziyyət zamanı “prezident” istefaya getdiyi (öldüyü) halda “parlament” yeni “prezident” seçə bilər.
Nəşr Arayik Arutyunyanın “konstitusiya”nı dəyişmək istəmədiyini yazır. Amma o, bəzi məlumatlara görə, Ermənistan hakimiyyətinin təzyiqi ilə bunu etməli olub.
Qəzet öz mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan Qarabağda status-kvonun saxlanmasından narahatdır və konstitusiya dəyişiklikləri yolu ilə ona tabe olan yeni “hökumət” formalaşdırmaq istəyir.
Hətta Paşinyanın “stavka” etmək istədiyi şəxsin adı da hallanır. Nəşr qeyd edir ki, Paşinyan Sorosa yaxın çevrədən olan “baş prokuror” Qurgen Nersisyanı “prezident” təyin etmək istəyir.
Xuraman Etibarlı,
KONKRET.az
