Paşinyan: Ermənistan hələ Avropa İttifaqına üzvlüyə hazır deyilbackend

Paşinyan: Ermənistan hələ Avropa İttifaqına üzvlüyə hazır deyil

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına (Aİ) üzv olmağa hazır olmadığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə istinadən məlumat yayıb.

Paşinyan deyib ki, Ermənistanda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına eyni vaxtda üzvlüyün mümkün olmadığını anlayırlar.

“Ermənistan üçün Aİİ-yə üzv digər dövlətlərlə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və iqtisadi prioritet olaraq qalır. Bu yanaşma yeni hökumətin proqramında da öz əksini tapacaq”, – deyə o, Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.

Baş nazirin sözlərinə görə, hazırda erməni xalqı qarşısında seçim məsələsi dayanmayıb, çünki ölkə hələ Avropa İttifaqına üzvlük üçün hazır deyil.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*