Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına (Aİ) üzv olmağa hazır olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə istinadən məlumat yayıb.
Paşinyan deyib ki, Ermənistanda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına eyni vaxtda üzvlüyün mümkün olmadığını anlayırlar.
“Ermənistan üçün Aİİ-yə üzv digər dövlətlərlə əməkdaşlığın gücləndirilməsi xarici siyasət və iqtisadi prioritet olaraq qalır. Bu yanaşma yeni hökumətin proqramında da öz əksini tapacaq”, – deyə o, Aİİ Hökumətlərarası Şurasının iclasında bildirib.
Baş nazirin sözlərinə görə, hazırda erməni xalqı qarşısında seçim məsələsi dayanmayıb, çünki ölkə hələ Avropa İttifaqına üzvlük üçün hazır deyil.
Natiq Səlim,
KONKRET.az
