Paşinyan: “Ermənistan qoşunları Azərbaycanla sərhəddən geri çəkməyə hazırdır”backend

Paşinyan: "Ermənistan qoşunları Azərbaycanla sərhəddən geri çəkməyə hazırdır"

“Biz qoşunları Azərbaycanla sərhəddən geri çəkməyə hazırıq”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasında deyib.

“Sərhəddə baş verən hadisələr Praqa və Soçidə qəbul edilmiş bəyanatlara ziddir. Siyasi qiymətləndirmə nöqteyi-nəzərindən hesab edirəm ki, Aİ-nin yaydığı mesaj mühümdür. Söhbət burada 1991-ci il sərhədindən, yəni Ermənistan SSR ilə Azərbaycan SSR arasındakı inzibati sərhəddən gedir.

Aİ-nin bəyanatında deyilir ki, bu sərhədə hörmət edilməlidir. Təhlükəsizliyin təminatı olaraq Aİ qoşunların sərhəddən çıxarılmasını təklif edir.

Ermənistan Azərbaycanla sərhədin bütün uzunluğu boyunca qoşunları çıxarmağa hazırdır. Biz 2021-ci ildən buna hazır olduğumuzu bildiririk.

Və eyni addımı Azərbaycandan gözləyirik”, – Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Видади
    Aprel 13, 2023 - 14:19

    Я тебе не верью дашнак из дырмении.

    • Əli
      Aprel 13, 2023 - 16:24

      Vidadi qardaşa eşq olsun. Qısa, konkret

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*