Ermənistan hakimiyyəti Baş nazir və prezidentə silah verəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin normativ-hüquqi aktların internet saytında məlumat verilib. Ermənistanda ölkənin baş naziri və prezidentinə silah verilməsinin tənzimlənməsi prosesi gedir.
Saytda dərc olunan elektron layihəyə əsasən, silah polis tərəfindən təsdiq edildikdən sonra müvəqqəti (3 gün müddətinə) verilə bilər.
Dövlət mühafizəsi altına alınan şəxsin səlahiyyətləri başa çatdıqdan sonra üç gün müddətində silah və döyüş sursatı polisə qaytarılmalıdır.
Həmçinin hüquqi şəxslərin müəyyən öhdəliklərin yerinə yetirilməsi – silah istehsalı və saxlanması, xüsusi obyektlərin, fondların mühafizəsi, qiymətli metalların çıxarılması və onların saxlanması, təhlükəli və məxfi yüklərin daşınması üçün müvəqqəti olaraq silah almaq hüququ vardır.
Qeyd edək ki, dövlət mühafizəsi Ermənistan prezidenti, baş naziri və parlamentin sədrinə verilir.
Xuraman Etibarlı,
KONKRET.az
