Paşinyan və Zelenski Cənubi Qafqazdakı təhlükəsizliyi müzakirə etdilərbackend

Paşinyan və Zelenski Cənubi Qafqazdakı təhlükəsizliyi müzakirə etdilər

Qranadada baş tutan qısa görüş zamanı, Ukrayna prezidenti Vladimir Zelenski və Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski X-də yazıb .

“Nikol Paşinyan ilə ilk görüşümüz zamanı biz Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini diqqət mərkəzində saxladıq. Ukrayna dostluq münasibətlərində maraqlıdır. Biz həmçinin ikitərəfli əməkdaşlığımızı və regionlararası iqtisadi layihələrimizi müzakirə etdik” – Zelenski deyib.

Qeyd edək ki, dünən Zelenski Azərbaycan prezidenti İlham Əliyev ilə də telefonla danışıb.

O, göstərdiyi əhəmiyyətli humanitar yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*