Paşinyanın son açıqlamaları hakimiyyətin apardığı siyasətin ziddiyyətlərini üzə çıxarıb – Anna Qriqoryanbackend

Paşinyanın son açıqlamaları hakimiyyətin apardığı siyasətin ziddiyyətlərini üzə çıxarıb - Anna Qriqoryan

Ermənistan parlamentindəki “Hayastan” müxalifət fraksiyasının rəhbəri Anna Qriqoryan Baş nazir Nikol Paşinyanın Qırğızıstanda keçirilən Avrasiya İqtisadi İttifaqının iclasında səsləndirdiyi fikirləri şərh edib.

KONKRET.az xəbər verir ki, Qriqoryanın sözlərinə görə, Paşinyanın son açıqlamaları hakimiyyətin son illərdə həyata keçirdiyi siyasətin ziddiyyətlərini üzə çıxarıb.

O bildirib ki, Paşinyanın Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyünün alternativinin olmadığı barədə açıqlamasını doğru hesab edir. Lakin deputat bununla bağlı hakimiyyətə bir sıra suallar ünvanlayıb.

“Əgər Aİ-yə üzvlüyün alternativi yoxdursa, o zaman bu deklarativ qanun nəyə lazım idi? Bu qanunun müzakirəsinin ümumiyyətlə nə mənası var idi?” – Qriqoryan deyib.

Müxalifət nümayəndəsi, həmçinin Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfərlərini və Rusiyanın “dezinformasiyası ilə mübarizədə” yardım istəmələrini də sual edib.

Qriqoryan Ermənistanın İctimai Televiziyasında Rusiyanı “düşmən” adlandıran şəxslərin efirə dəvət edilməsini də tənqid edib.

Onun fikrincə, baş nazirin son açıqlamaları hakimiyyətin son illərdə atdığı bir sıra addımların məqsədi ilə bağlı əlavə suallar doğurur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*